Dövlət
Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və
qaldırılmışdır, 1991-ci ildən müstəqil Azərbaycan Respublikasının rəsmi
atributu elan edilmişdir. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç
rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal
ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və
müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy
Hüseynzadədir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
tərəfindən Dövlət Bayrağı Meydanında qurulmuş, 162 metr yüksəklikdə dalğalanan
Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın
hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin
diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m,
uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes
Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı
Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Azərbaycan Bayrağının daim yüksəklərdə
dalğalanması hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.44 günlük vətən
müharibəsində də ölkədə demək olar ki, bütün evlərin bayrağa bürünməsi xalqımızın
bayrağa olan böyük sevgisinin göstəricisidir. 29 il sonra bayrağımızın işğaldan
azad olunmuş torpaqlarımızda, Azərbaycanın mədəniyyət ocağı olan Şuşada
dalğalanması xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Zəfər Günü ilə Bayraq Günümüzün 8-9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır.
Əminə Əliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbinriyaziyyat müəllimi